РусскийEnglish

estetikstomatologiya3 dentalimplants3 lazertexnalogiyasi3 3d4
Dental İmplantlar


İndiki dövrdə diş (dental) implantatları, müzakirəsiz olaraq, təbii dişlərə ən yaxşı alternativdirlər. Ənənəvi körpü və protezlərə görə daha yaxşı tələffüz etmə və çeynəmə funksiyasını təmin etməklə bərabər, onlar həm də sifətinizə təbii və harmonik bir görünüş də verə bilərlər. 
Bu gün 21-ci əsrdə dünyada implantatlar üzərində müxtəlif növ protezləmələr aparılır. Düzgün diaqnostika və planlaşdırılma aparmaqla və implantoloji müalicəni komanda şəklində (cərrah, parodontoloq, ortoped, diş texniki) həyata keçirtməklə müvəffəqiyyətli nəticələr əldə etmək olar. 

İmplantat nədir? 
Qısaca desək, implantat əskik olan dişlərin funksiyasını və estetikasını bərpa etmək məqsədi ilə çənə sümüyünə yerləşdirilən süni diş köküdür.


İmplantatların növləri vardırmı? 
Bəli, dəyişik implantat tipləri vardır. Ancaq indiki vaxtda ən məşhur olan implantatat tipi “vint” şəkilli olanlardır.

İmplantatlar ilə müalicə etibarlı və uzun ömürlüdürmü? 
Etibarlı və keyfiyyətli bir implantat ortaya çıxartmaq üçün edilən işlər 1809-cu ildən bəri davam etməkdədir.Bu mövzuda daha ətraflı məlumatı diş həkiminiz Sizə verəcək. 

İmplantatlar bütün hallarda mı istifadə oluna bilər? 
Əgər implantat yerləşdirmək üçün kifayət miqdarda sümük varsa, o zaman istər tək diş, istərsə də birdən çox diş əskikliyində, bütün hallarda implantatlardan istifadə oluna bilər. 

Hər xəstəyə implantat tətbiq oluna bilərmi? 
İlk öncə xəstənin ağız boşluğunun gigiyena səviyyəsi və yumşaq toxumaların vəziyyəti öyrənilir. Sonra implantat yerləşdirilməsi nəzərdə tutulan bölgə ətraflı öyrənilir və orada mövcud olan sümüyün eni və hündürlüyü ölçülür. Əlavə olaraq mövcud olan sümüyün keyfiyyəti də öyrənilir və bunların hamısının əsasında qərar verilir. İmplantat ağızda qaldığı müddətdə diş ətlərinin tamamilə sağlam olması lazımdır. Yaşa gəldikcə isə, xəstənin ümumi sağlamlıq vəziyyəti yaxşı olduğu müddətdə implantatlarla müalicəyə yaş limiti yoxdur, ancaq sümük inkişafı tamamlanmamış çox gənc xəstələrə implantatların tətbiq olunması məsləhət görülmür. 

İmplantat yerləşdirilərkən ağrı hiss edəcəm? 

Adekvat anesteziya üsullarının tətbiq olunması halında xeyr. Əməliyyat əsnasında xəstə seçiminə görə ümumi ya da yerli anesteziya istifadə oluna bilər. Ümumiyyətlə implantatın yerləşdirildiyi axşam ağrı hissi sadə ağrı kəsicilər ilə sakitləşdirilə bilir. Bir çox xəstələr bu ağrının normal diş çəkilişindən sonra əmələ gələn ağrıdan fərqli olmadığını deyir. Müalicənin problemsiz tamamlandığı proseslərdə implantatların varlığını belə hiss etməyəcək qədər rahat olarsınız. 

İmplantatlar yerləşdirildikdən dərhal sonra protez qoyula bilərmi? 
Xeyr. Implantatların sümük ilə tam birləşməsini (osteointeqrasiya) təmin etmək üçün ilk 3-6 ay sağalma dövrü boyunca implantat üstünə düşən yüklərin ən minimal olması vacibdir. Ancaq həkiminiz bu sağalma müddətində Sizi uyğun bir keçici protezlə təmin edəcək . 

İmplantatlarla müalicə olunmaq istəyirəm, bütün müalicə müddəti nə qədərdir? 
İndiki dövrdə implantat əməliyyatlarının birinci mərhələsini cəmi yarım saat ərzində etmək mümkündür. Əvəz olunacaq dişlərin sayından və sümük toxumasının quruluşundan asılı olaraq əməliyyat müddəti dəyişə bilər. Təxminən 3 aydan sonra aparılan ikinci əməliyyat çox kiçik həcmdə və qısa zamanda həyata keçirilir və xəstə üçün demək olar ki heç bir diskomfort yaratmır. 

İmplantatları təmiz saxlamaq əhəmiyyətlidirmi? 
Bəli. Həm də çox əhəmiyyətlidir. İmplantatların ağız içindəki xarici cisimlər olduğu düşünülsə, onların təmizliklərinin ən az öz dişləriniz qədər, hətta daha da əhəmiyyətli olduğu ilə razılaşarsınız. İmplantatların təmizlikləri müəyyən bir öyrənmə müddəti tələb etsə də, çətin deyil. Ancaq bu iş üçün yetərli zaman ayırmanız lazımdır. Unutmamalısınız ki, bu növ müalicənin müvəffəqiyyətli olması üçün ən əhəmiyyətli amil - nizamlı ağız baxımıdır. 

İmplantatların üzərinə protezi necə yerləşdirilər? 
İmplantatlar üzərinə hazırlanan protezler vəziyyətə görə dəyişik tipdə ola bilərlər. Onların bəzilərini təmizləmək məqsədi ilə xəstələr özləri asanca çıxarıb təmizləyə bilirlər (çıxan protezlər), bəziləri isə yalnız diş həkimi tərəfindən çıxarıla bilir (çıxmayan protezlər). Hər ikisinin üstünlükləri və mənfi cəhətləri var və Sizin üçün daha uyğun olanını həkiminiz müalicəyə başlamazdan əvvəl Sizin üçün müəyyənləşdirəcək. 

Əksik hər diş üçün 'bir' implantat lazımdırmı? 
Xeyr. Əgər hansısa bir bölgədə 1-dən çox diş əksikdirsə, o zaman həmin bölgəyə az sayda implantat (hər əskik dişin yerinə bir implantat yox) yerləşdirib onların üzərinə körpüvari protezlər hazırlamaq olar. İmplantat sümüyə bitişməzsə (osteointeqrasiya baş tutmasa) nə olar? 
İmplantat yerləşdiriləcək bölgədəki sümüyün keyfiyyətini və miqdarını nəzərə alaraq implantat seçilərsə və düzgün cərrahi texnika istifadə olunarsa, o zaman uğursuzluq ehtimalı çox azdır. Adətən bu cür müvəffəqiyyətsizlik cərrahı əməliyyatdan sonrakı ilk 6 ay içində ortaya çıxar. Bu halda, diş çəkilişi qədər asan bir əməliyyat ilə implantat yerindən çıxardılmalıdır. Sümüyün sağalmasından sonra bu bölgəyə yeni bir implantat qoyula bilər və ya ənənəvi protezləmə aparıla bilər. 

İmplantat qoydurmaq bahalıdırmı? 
Təəssüf ki, bəli. İstifadə edilən bütün vəsaitin başqa ölkələrdən idxal olması və implantat istehsalı üçün çox yüksək texnologiyalardan istifadə olunması səbəblərindən müalicənin qiyməti artıır. Ancaq qəti qiymət, mütəxəssis həkimlərimiz Sizi müayinə etdikdən və Sizin üçün ən münasib protez tipini və konstruksiyasını seçdikdən sonra dəqiqləşdirilir. 
İmplantat yerləşdirmə əməliyyatının mürəkkəblik dərəcəsindən və müddətindən asılı olaraq bu növ müalicənin qiyməti dəyişə bilir və daha artıq bir məbləğ tələb oluna bilər. Buna baxmayaraq, bizim klinikamızda implantatlarla müalicə olunmuş 350 xəstədə aparılmış sorğu anketlərində, xəstələrin etdikləri sərmayədən məmnun qaldıqları və lazım olsa məmnuniyyətlə təkrar edəcəkləri müəyyən olunmuşdur. 

İmplantat müalicəsi harada və necə əldə edilə bilər? 
Bu növ müalicəyə başlamadan əvvəl yetərli və doğru məlumatlandırılmağınız vacibdir. Bu mövzuda, ölkədən xaricdə ixtisas artırma keçmiş həkim mütəxəssislərimiz Sizə lazım olan bütün məlumatları verə biləcək təcrübəyə malikdirlər. Bundan əlavə, bu müalicə haqqında məlumatı bu sahədə çalışan başqa mütəxəssislərdən də almaq olar. Implantatlarla müalicə, düzgün planlaşdırma aparıldıqda və göstərişlərə görə uyğun tətbiq edildikdə, xəstələrin həyat keyfiyyətini artıran və gözəl təbəssüm bəxş edən bir müalicə üsuludur. Bütün dünyada olduğu kimi, bu cür müvəffəqiyyətli bir müalicə üsulu barədə məlumat əldə etmək istəyənlərdən biz də hər hansı bir ödəniş tələb etmirik. Müayinə əsnasında Sizin bu cür müalicəyə yararlı bir xəstə olub olmadığınız aşkar olunacaq. Əgər müsbət bir rəy verilərsə, o zaman bizim mütəxəssis həkimlərimiz Sizin itirilmiş dişlərinizin yerlərinə implantatları yerləşdirəcək, üzərilərində protezləmə aparacaq və sonrakı müddətdə Sizin implantatları və protezləri vaxtaşırı müşahidə və müayinə edəcək. Əlavə olaraq, bu müayinələr əsnasında Sizdən ümumi sağlamlıq vəziyyətiniz haqqında məlumatlar alınacaq və lazım görülərsə bəzi analizlər etdirməniz tələb olunacaq. Bu mərhələdə müxtəlif rentgen müayinələri və ağızınızın modellərinin əldə edilməsi gərəkə bilər. 

İmplantatlarla müalicədə yarana bilən ağırlaşmalar hansılardır? 
İmplantatlarla müalicədə yarana bilən ağırlaşmalar iki qrupa bölünür: cərrahı əməliyyatlardan sonra və protezləmədən sonra yarana bilən ağırlaşmalar. Birinci qrupa əməliyatdan sonrakı erkən dövrdə infeksiyalaşma və allergiya daxildir, ikinci qrupa isə protezlərin tamamlanmasından sonrakı dövrdə qeyri-kafi ağız təmizliyi ilə bağlı iltihablaşmalar aitdir. Siqaret istifadə etmək, xüsusilə əməliyatdan sonrakı erkən sağalma dövründə, infeksiyalaşma riskini artırmaqdadır. 

İmplantatlarla müalicə hansı hallarda nə üstünlüklər təqdim edər? 
a) Alt çənədə tamamilə dişlərini itirib tam çıxan protez daşıyan xəstələr üçün: Bu xəstələr protezlərinin hərəkətli olmasından, yaxşı çeynəyə bilməməkdən və bəzən də onların ağrılı olmasından şikayətçidirlər. Belə şikayətlər, zamanla protezə dəstək olan sümük toxumasının əriməsi ilə daha da artar. Bu tip xəstələrdə implantatlarla müalicə yuxarıdakı bütün şikayətləri ortadan qaldırdığı ilə bərabər sümüyün əriməsinin də qarşısını ala bilir.
b) Üst çənədə tamamilə dişlərini itirib protez daşıyan xəstələr üçün: Üst protezler alt çənə protezlərinə nisbətən daha stabil olsalar da, protezin damağı bağlayan dizaynı dad bilmə duyğusunu azaldır, ürək bulanmasına səbəb ola bilir. 
c) Alt ya da üst çənədə dişlərinin bir qismini itirmiş xəstələr üçün: Bu xəstələrin şikayəti, qarmaqlarla yapışan çıxan protezin çirkin görünüşü, onun çıxarıb təmizləmək zəruriliyi ya da çıxmayan körpüvari protez hazırlanması üçün sağlam dişlərinin yonulması zəruriliyidir. 
d) Tək bir dişini itirmiş xəstələr üçün: Bu xəstələr tək bir dişin bərpası üçün ən az iki qonşu dişlərinin yonulması məcburiyyətində qalırlar. İtirilmiş dişin yerinə tək bir implantatın yerləşdirilməsi, qonşu dişləri qurtardığı kimi, daha estetik və funksional nəticələrin ortaya çıxmasına da səbəb olur. 

İmplantatlarla müalicənin mənfi cəhətləri nələrdir? 
Yüksək qiymət 
- Çox diqqətli və zaman ayrılaraq edilməsi lazım olan ağız təmizliyi əməliyyatı 

İmplantatlarla müalicənin üstünlükləri nələrdir? 
- Daha yaxşı çeynəyə bilmək. 
- Hər istədiyini yeyə bilmək. 
- Daha yaxşı estetik görünüş. 
Özünə inamın geri qayıtması ilə daha xoşbəxt və uğurlu bir ictimai həyat. 
Hər şeyi yeyə bilmək iqtidarında olması ilə bağlı daha sağlam və balanslı qidalanma. 

Bütün implantatlar müvəffəqiyyətlidir mi? 
İmplantat yerləşdirmək qərarına ğələrkən bir sıra vacib amillərin nəzərə alınması vacibdir. İlk növbədə xəstə praktik sağlam olmalı, xəstənin yarasının sağalma potensiyalı ən azı kafi olmalıdır. Məsələn, xəstədə nəzarət edilməyən şəkər xəstəliyi varsa, o zaman yarı sağalma prosesi çox ləng gedir. Bu xəstəlik implantatların yerləşdirilməsi tamamlandıqdan sonra inkişaf etsə belə, implantatların gələcəkdəki vəziyyətlərinə mənfi təsir göstərə bilər. Ayrıca xəstə müayinə edilməli, xəstəyə uyğun implantat və implantat yerləşdirmə üsulu diqqətlə seçilməlidir. İmplantatların diş həkimi tərəfindən düzgün yerləşdirilməsinin və sonrakı müşahidələrin vacib olmasına baxmayaraq, xəstənin özündən də çöx şey asılıdır. Xəstə implantatlara yaxşı qulluq edə bilməzsə fəsadlar ortaya çıxa bilər. Əlavə olaraq, siqaret çəkən və çoxlu spirtli içki qəbul edən xəstələrdə implantatların müvəffəqiyyət dərəcəsi aşağıdır. 

İmplantatların ömrü nə qədərdir? 
İmplantatların ağızda otuz ilə qədər problemsiz qaldığı qeyd olunmuşdur. Lakin implantatların orta ömür müddəti bundan qısadır. İmplantatın ömrü bir çox amillərdən asılıdır. Xəstənin sağlamlığı və implantatlara yaxşı qulluq ən vacib amillərdir. İmplantatların ömrünə təsir edən bir çox başqa amillər barədə diş həkiminiz sizə məlumat verəcək. Bunların hamısının nəzərə alınması nəticəsində implantatlar bir ömür boyu istifadə oluna bilərlər. 

İmplantatlarla müalicədə yaş məhdudiyyəti varmı? 
Xeyr. Yaşdan çox sağlamlıq əhəmiyyətli bir amildir. 70-80 yaşlarındakı bir çox xəstənin cərrahı riskləri daha gənc, lakin sağlamlıq problemi olan xəstələrdən daha aşağıdır. Həm də daha yaşlı insanların implantata ehtiyacı gənclərin ehtiyaclarından daha çoxdur, çünki yaşlılarda daha çox diş itkisi olur. 

İmplantatların orqanizmə uyğunlaşmamaq riski varmı? 
İmplantatlar orqanizm üçün hər hansı bir əks təsiri olmayan maddələrdən hazırlanırlar. Bu maddələr ( titan kimi metallar) canlı bir orqanizmin parçasına bənzəmirlər. Orqanizmin bunlara qarşı anti-cisimlər əmələ gətirib, ürək və böyrək transplantatlarında olduğu kimi, onları rədd etməsi mümkün deyil. 

Xərçəng riski varmı? 
Tibbi ədəbiyyatda implantatların xərçəngə səbəb olduğunu göstərən heç bir fakta rast gəlinməmişdir. 

İmplantatlar kosmetik məqsədlərlə istifadə edilə bilərmi? 
İmplantatlar məhz kosmetik səbəblərdən istifadə olunmurlar. İmplantatların istifadə edilməsindəki məqsəd - protez dişlərə dayaq verməkdir. Protez dişlər istifadə edərək kosmetik düzəlişlər edilə bilər, lakin belə bir müalicəyə başlamadan əvvəl istəklərinizi diş həkiminizə bildirin. 

İmplantatların müvəffəqiyyəti zəmanətlidirmi? 
Ağzınızda yerləşən və Sizin idarəniz altında olan heç bir şey üçün zəmanət vermək mümkün deyil. Ürək əməliyyatı sonrasında sağlamlıq vəziyyətiniz nə ölçüdə zəmanətlidir? O zaman da implantat tətbiqləri üçün də eyni vəziyyət etibarlıdır. Ancaq biz Sizə mümkün olduğu qədər implantatı qüsursuz bir şəkildə yerləşdirməyə çalışacağımızı söyləyə bilərik. Sizə, implantatınıza baxım haqqında lazımlı məlumatları verə bilər, lazım olduğunda Sizi müayinə edə bilərik. Biz implantatların müvəffəqiyyətli olması üçün əlimizdən gələni edəcəyik, lakin Siz də eyni səyi göstərməlisiniz. 

İmplantat yerləşdirilməsi nə qədər vaxt alır? 
Bu müddət, Sizin ağız boşluğunuzun vəziyyətindən, ehtiyaclarınızdan və görüləcək işlərdən asılıdır. Bir tək əməliyyat yarım saat ilə bir neçə saat arası müddətində ola bilər. Bütün bir müalicə bir əməliyyatla da bitə bilər. Tam yaxşılaşma aylar ala bilər. 

İmplantat etdirmək üçün nə qədər icazə götürməliyəm? 
Ümumiyyətlə əməliyyat günü və sonrakı bir-iki gün istirahət etməyi tövsiyə edirik. Əməliyyat yerində şişkinlik, ağrı ola bilər, amma müalicə müddəti dövründə heç bir zaman dişsiz qalmayacaqsınız. İşdən götürəcəyiniz icazənin vaxtına özünüz qərar verə bilərsiniz.

 
 

© “Estetik Diş” Stomatoloji və Dental Diaqnostik Mərkəzi 2009-2013
Ünvan: Bakı ş., Az1052, Molla Cümə küç., 26A/23
Telefon: (+994 12) 564 38 39;(+994 12) 511 50 76
Mobil: (+994 51) 846 26 26
E-mail: [email protected] www.facebook.com/EstetikDish

Saytı dizayn etdi və hazırladı