İnsan orqanizminin sağlamlığı ağız boşluğu orqanlarının - dişlərin, diş ətlərinin, çənələrin və s. sağlamlığından başlayır desək yanılmarıq. Sağlam bir qidalanmanın dişlərin və ağız boşluğunun digər orqanlarının sağlamlığı ilə başladığı həqiqətindən yola çıxaraq, dişlərimizin nə qədər əhəmiyyətli olduğunu ancaq bu mövzuda problemlər yaşadığımızda və ya onları itirməklə üz-üzə qaldığımızda daha yaxşı anlayırıq. Həyatımızın müxtəlif vaxtlarında qarşılaşdığımız diş itkiləri bir çox fizioloji funksiyalarımızı ləngidir. Ümumi və ruhi sağlamlığımıza əhəmiyyətli dərəcədə mənfi təsir edərkən, estetik görünüşümüzü də pozan ciddi problemlərə gətirib çıxarır.
Diş həkimliyi elə bu vəziyyətdə bizlərə əhəmiyyətli imkanlar təqdim edir. Stomatoloji klinikamızda müasir stomatologiyanın bütün sahələrini əhatə edən ixtisaslaşdırılmış və yüksək keyfiyyətli stomatoloji yardım göstərilir: diş xəstəliklərinin, kök kanallarının, diş əti xəstəliklərinin müalicəsi, tam və hissəvi dişsizliyin (adentiyanın) çıxan və çıxmayan protezlərlə müalicəsi, müxtəlif növ dişsizliklərin dental implantatlarla müalicəsi (diş əkmə), estetik diş həkimliyi, ağız boşluğunda rast gələn müxtəlif patologiyaların diaqnostikası və müalicəsi, ağız boşluğu ambulator cərrahiyyəsi ,lazerlə müalicə və s.
Direktor M.Sc.Dr.Dt Xaqani Hüseynov
|