РусскийEnglish

estetikstomatologiya3 dentalimplants3 lazertexnalogiyasi3 3d4
Faydalı məlumatlar » Afta və Uçuq

Ağız və Diş Təmizliyi
Uşaqlarda diş çıxarma
Uşaqlarda ağız və diş sağlamlığı
Diş ağrısı və müalicəsi
Ağıl dişləri
Ağız xərcəngləri
Diş ağartma(bleaching)
Siqaret və Ağız Sağlamlığı
Estetik Plomblar
Körpü və Qapaq Nədir?
Klinikamızda sterilizasiya və gigiyena
Diş həkimliyində sterilizasiya və infeksiyaya nəzarət
Kosmetik tənzimləmə
Diş Rentgeni nədir və hansı məqsədlə istifadə olunur?
Kanal Müalicəsi (Endodontiya)
Diş həssaslığı
Qadınlarda ağız və diş sağlığı
Metal dəstəksiz Zirkon əsaslı qapaq və körpülər
Diş apsesi
Diş daşı (Ərplər)
Dişəti xəstəlikləri
Gülüş Dizaynı (Smile Design)
Protezlər və qulluq
Afta və Uçuq

(Ağız yaraları, Ağızda yara, Ağız yarası)

Aft ve Uçuk

Afta ağız içərisində əsasən yanaq və dodaqda, dil üzərində, yumşaq damaqda, diş əti üzərində görülən solğun, sarı-qırmızı, olduqca ağrılı xoralaşmış yaralardır. Cəmiyyətin 18-20 %  afta problemi ilə qarşı-qarşıyadır. Qadınlarda daha çox rast gəlinir. Afta ümumiyyətlə tək olaraq deyil, eyni zamanda bir neçə bölgədə birdən yarana bilir. 
Aftanın meydana gəlmə səbəbini təyin etmək üçün müxtəlif araşdırmalar aparılmışdir.  
Aftanın meydana gəlməsini sürətləndirən və yaxşılaşmasını gecikdirən faktorlardan bəhs etmək mümkündür. 

Aftanın meydana gəlməsində hansı faktorlar rol oynayır? 
·    STRES 
İndiki vaxtda migren, yüksək təzyiq və gastrit kimi bir çox xəstəliklərin səbəbləri arasında qəbul edilən stress aftanın meydana gəlməsinin ən əhəmiyyətli səbəblərindən biridir. 
Xanımlarda premenstrasiya dovrundə gərginlik də aft meydana gəlməsini sürətləndirən faktorlardandır. 

·    YEMƏKLƏR 
Sitrus bitkiləri, sirkə, turşu, kartof cipsi, duzlu və ədviyyatlı çərəzlər kimi ağız mikozasını təhrik edə bilən yeməklər aft meydana gəlməsini sürətləndirən əhəmiyyətli faktorlardandır. Bundan əlavə orqanizm üçün allergiyaya səbəb ola bilən quru buğda, çovdar, arpa, şokolad, fındıq, qabıqlı dəniz heyvanları, soya, pomidor,badımcan, alma, əncir, pendir kimi yeməklər də aft meydana gəlməsini sürətləndirər. 
·    ZƏDƏ 
Yanaq,dil,dodaq dişləmə, sərt yeməklərin təhriki və yumşaq olmayan diş fırçalama əməliyyatları və yaxşı adaptasiya olmayan protezlerin səbəb olduğu döymələr aftın yaranması üçün uyğun zəminin meydana gəlməsinə köməkçi olar. 
·    DİŞ məcunu 
Diş məcunlarının təmizləmə xüsusiyyətini artırmaq üçün köpük quruluşçu olaraq strukturlarına qatılan "natrium lauryl sulhate" ( SLS ),mikoza hüceyrələrinin dağılmasını artıran təhrik edici bir kimyəvi maddədir. SLS,bu xüsusiyyəti ilə aft meydana gəlməsi üzərində birbaşa təsiri olan maddədir. 
Xüsusilə aft problemi olan şxslərin istifadə edə bilməsi üçün daha az nisbətdə (%1.25) SLS ifraz etməyən dis məcunları mövcuddur.

·    DİGƏR SƏBƏBLƏR 
B12 vitamini və dəmir çatmamazlığı, siqaret çəkmə  kimi vərdişlərin də aft meydana gəlməsində iştirak edən əhəmiyyətli faktorlar olduğu bilinməkdədir. 
     Müalicə
Aftlar hər hansı bir müalicə tətbiq olunmasa da ümumiyyətlə 7-10 gün sonra özbaşına sağalmaqdadır. Aft problemi ilə qarşı-qarşıya olanların aşağıda sıralanan əməliyyatlardan birini ya da bir neçəsini tətbiq etdiklərində daha rahat bir periyot keçirmələri mümkündür: 


Ağrını azaltmaq və sağalma periodunu qısaltmaq üçün:        
·    İsti, soyuq və qıcıqlandırıcı qidalardan uzaq durmaq lazımdır. 
·    "2% hydrogen peroxide" məhluluna batırılan pambıq ya da tənzif ilə aft bölgəsi təmizlənə bilər. 
·    Su ilə karbonat qarışığından hazırlanan incə quruluşlu bir krem aft üzərinə sürtülə bilər. 
·    Yarım stəkan suya yarım qaşıq duz əlavəsi ilə əldə edilən məhlulla gündə üç dəfə qarqara edilə bilər, 
·    Yeməklərdən əvvəl aft bölgəsinə "xylocaine" solusyonu ya da ağız üçün hazırlanmış anestezik kremlər tətbiq oluna bilər. 
·    Aft üzərinə tətbiq olunacaq "orabase", "Gly-oxide", "Cankaid","Ambesol" kimi ağız içi kremlər tətbiq oluna bilər. 
·    "sucralfate" həbi ilıq suda əridib qarqara edilə bilər. 
·    Xüsusilə aftın başlanğıc mərhələsində "tetrasiklin" həbi suda əridərək əldə edilən məhlul ilə qarqara etmək aftın çox böyüməsinə mane olar və ağrını azaldar. 
·    Yenə aftın başlanğıc mərhələsində bölgəyə bir topikal steroid "%0.1 lik triamcinalone" tətbiq olunması ya da steroidli bir qarqara "betamethasone sirob" ilə qarqara etmək aftın çox böyüməsinin qarşısını alır və ağrını azaldar. 
·    "Chlorhexadine" qarqaralar yaxşılaşma periodunu qısaldar.   


AFT (canker sores=mouth ulcers) ilə UÇUQ (fever blisters=cold sores) arasındakı fərqliliklər:
Aft ilə uçuq ümumiyyətlə eyni əlamətləri göstərdikləri üçün bir-birləri ilə qarışdırıla bilməkdədir. Ancaq aralarında bir çox əsaslı fərq vardır: 
AFT
1. Ancaq ağız içərsində əmələ gəlir. 
2. Yoluxucu deyil. 
3. Aftın əmələ gəlməsində viruslar səbəb olmur.

UÇUQ 
1. İçi su yığmış kiçik qabarcıqlar (blisters) şəklində başlar. 
2. Nadir olaraq ağız içərisində olsalar da ümumiyyətlə ağız xaricində əmələ gəlirlər. Aft ağız içərisində bütün bölgələrdə ola bilir. Uçuq ümumiyyətlə ağız içərisində olmur. 
3. Yoluxucudur. 
4. Viruslar tərəfindən meydana gətirilir. 

UÇUĞUN ƏLAMƏTLƏRİ NƏLƏRDİR?
Uçuq çıxmadan əvvəl özünü müəyyən edər (0-24 saat əvvəldən); qarışqalanma, qaşınma, yanma, sızlama hiss edilər. Bunu o bölgənin qızarması, şişməsi və daha sonra da içi maye dolu qabarcıqların ortaya çıxışı izlər. Bu qabarcıqlar danışarkən, gülərkən, yeyib içərkən ağrı və narahatçılıq verər. Tətricən quruyub çatlayar, sızıntı edər və açılaraq görünüşü pozan çirkin bir yara halına gəlir.   

NECƏ YAYILIR?
Uçuq, ilkin əlamətləri ilə açıq yaranın bağlanması müddəti arasında yoluxucudur. Uçuğu olan bir adamın istifadə etdiyi dəsmal, stəkan, çəngəl, qaşıq vs. əşyalardan və uçuqlu adamın öpməsi nəticəsind yayılar. Uçuq virusu (Herpes simpleks) ilə insan ümumiyyətlə ilk dəfə kiçikkən (0-5 yaş) yoluxur. Uçuğu olan ailə fərdlərindən birinin "Sevgi dolu" öpüşü nəticəsində uçuq virusu bədənə girər. Əksəriyyətlə fərq edilməyən kiçik qızartılar şəklində ortaya çıxar; ağız içi, diş ətləri və dodaqlar şişkinləşmiş olar. 

DİQQƏT! UÇUQ YOLUXUCUDUR! 
·    Uçuğa toxunulmamalıdır. Toxunulsa əllər çox yaxşı yuyunmalıdır. 
·    Qadınlar makiyaj edərkən xüsusilə çox diqqət yetirməlidirlər. Qətiyyən gözlərə toxunulmamalıdır. 
·    Xüsusilə körpələr, uşaqlar və digər insanlar öpülməməlidir.
·    Uçuqlu insanın istifadə etdiyi dəsmal, stəkan, çəngəl, qaşıq vs. əşyalar ayrılmalı və başqalarının istifadə etməsinə icazə verilməməlidir. 
·    Yeyərkən, içərkən istifadə edilən vəsaitlər xüsusilə uşaqlar ilə paylaşılmamalıdır.
·    Uçuq və uçuq yarasının qabığı ilə oynanmamalıdır.

Hansı hallarda yaranar ?
·    Stress
·    Həddindən artıq yorğunluq, yuxusuzluq
·    Həddindən artıq günəş işığı və UB şüalar
·    Digər infeksiyalar
·    Hamiləlik kimi vəziyyətlərdə virus aktiv hala keçə bilər.

İDARƏ EDİLƏ BİLƏRMİ? 
Əvvəlcə uçuğun yaranmasına  səbəb olan vəziyyətlərdən çəkinmək lazımdır. Məsələn stressə bağlı olaraq inkişaf edər isə; stressimizi azaldacaq qaydaları öyrənmək. Yorğunluq və yuxusuzluq səbəb isə; istirahət etmək və yaxşı yatmaq. Günəş səbəb olur isə; dodaqlar üçün qoruyucu krem ya da yüksək qoruma faktorlu günəş yağı istifadə etmək və şapka ilə üzü günəşdən qorumaq lazımdır. Bütün alınan tədbirlərə baxmayaraq uçuq yenə də əmələ gələ bilir.
Əvvəlcədən (qarışqalanma, qaşınma, yanma, sızlama) hiss edildiyində o nahiyəyə qısa aralarla antivirus bir uçuq kremini tətbiq etmək lazımdır. Uçuq ya heç çıxmayacaq ya da çıxsa belə yüngül hiss ediləcək. 

 
ƏN AĞIR FORMADA NECƏ MÜALİCƏ EDİLƏR?
·    Spirt və antiseptik dərmanlar Uçuğun üzərindəki infeksiyaların yayılmasına  mane olar 
·    Ağrı kəsici dərmanlar Uçuğun səbəb olduğu ağrını azaldar.
·    Buz tətbiq etmək ağrını azalda bilər
·    İndiki zamanda antivirus dərmankarı istifadə etməklə yaranı sağaltmaq mümkündür. 

KİMLƏR XÜSUSİLƏ RİSK ALTINDADIR?
·    Tez-tez və ya uzun davamlı olaraq uçuq çıxırsa (Məsələn müalicəyə baxmayaraq 10 gündən daha uzun müddət davam edirsə)
·    Uçuq, bir körpədə ya da 6 yaşından kiçik bir uşaqda çıxmışsa
·    Dodaq, ağız və burun ətrafınızın xaricindəki bədən bölgələrində, xüsusilə də gözlərinizdə, barmaqlarınızda ya da cinsi orqanınızda uçuq çıxmışsa
·    Uçuq ilə birlikdə baş ağrısı, tempratur və əzələ ağrısı kimi başqa şikayətləriniz varsa
·    Uçuq sarı rəngdə irinlidir.

 
 

© “Estetik Diş” Stomatoloji və Dental Diaqnostik Mərkəzi 2009-2013
Ünvan: Bakı ş., Az1052, Molla Cümə küç., 26A/23
Telefon: (+994 12) 564 38 39;(+994 12) 511 50 76
Mobil: (+994 51) 846 26 26
E-mail: [email protected] www.facebook.com/EstetikDish

Saytı dizayn etdi və hazırladı